BAYRAQDAR MEDİA – Qardaş Qırğızıstanın Prezidenti Sadır Caparov ölkənin bir sıra yüksək vəzifəli şəxslərinə qarşı sərt tənbeh tədbirləri görüb.
Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya avqustun 19-da Prezidentin Administrasiyasından veriblər.
Xəbərdə deyilir ki, S.Caparov ölkənin müdafiə naziri Baktıbek Bekbolotova şiddətli töhmət elan edib. Buna səbəb kimi nazirin üzərinə qoyulan vəzifələri gərəkli şəkildə yerinə yetirməməsi göstərilib.
Bundan başqa üzərinə qoyulan vəzifələri gərəkli səviyyədə yerinə yetirmədiyinə görə, nəqliyyat və kommunikasiya naziri Erkinbek Osoyevə töhmət elan edilib.
Eyni zamanda Prezidentin İssık Kul üzrə bir neçə nümayəndəsinə yol verdikləri qüsurlara görə xəbərdarlıq elan edilib.