BAYRAQDAR MEDİA – Azərbaycan, Qazaxıstan, Rusiya və İranın hərbi dənizçilərinin iştirakı ilə keçirilən “Dəniz kuboku” müsabiqəsi davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bilidirilib ki, müsabiqənin növbəti gününün proqramına uyğun olaraq iştirakçı komandalar “Hava hədəfinə artilleriya atışı” çalışmasını yerinə yetiriblər: “Çalışmanın şərtinə görə döyüş hazırlığı poliqonuna çıxan gəmilərin heyətləri göyərtə kompleksində quraşdırılmış artilleriya qurğularından istifadə etməklə təyin olunmuş hündürlükdə yerləşən hava hədəfinə atəş açıblar”.
Hədəfin məhv edilməsinə və seçilmiş sürət həddinə görə hakimlər tərəfindən qiymətləndirilmə aparılıb.