Rusiya Mariupolda metal məhsulları oğurlayır
BAYRAQDAR MEDİA – Rusiya-Ukrayna müharibəsi davam edir. Bu günlərdə Ukrayna tərəfi Rusiyanın ünvanına daha bir ittiham səsləndirib. Belə ki, Ukrayna iddia edir ki, işğalçılar Ukraynanın Mariupol limanından oğurladıqları bütün metal məmulatlarını Rusiyaya aparırlar.
Bu barədə Kırım Haber Ağansı məlumat yayıb.
Məlumata əsasən Mariupol Şəhər Şurası bununla bağlı açıqlama yayıb.
Mariupol merinin müavini Sergiy Orlov mövzu ilə bağlı verdiyi açıqlamada, “İşğalçılar dəniz limanını işlətməyə çalışırlar. Orada çoxlu metal əşyalar qalıb. İndiyədək 2-3 min ton ixrac ediblər. Eyni zamanda, bu metal məmulatlara görə öz aralarında qarşıdurmaq da olub. Çünki bu, çox puldur”, – deyib.
Digər tərəfdən Mariupol Şəhər Şurası Telegram-dakı hesabında yaydığı açıqlamada “İşğalçıların müharibəni başlatmasından bu günə qədər xüsusilə Mariupol demək olar ki, yox edilib”, – sözləri öz əksini tapıb.