Press "Enter" to skip to content

Kitabxanada “Dahi maestro”

Son yeniləmə: 19 Avqust 2022 14:00

BAYRAQDAR MEDİA – Avqustun 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında məşhur azərbaycanlı dirijor və bəstəkar Niyazinin xatirəsinə həsr olunmuş “Dahi maestro” başlığı altında sərgi-söhbət təşkil olunub.

Baş İdarədən verilən məlumata görə, söhbət zamanı, kitabxananın əməkdaşı Fərəhnisə Məmmədova iştirakçılara dahi bəstəkar haqqında ətraflı məlumat verib.

Xəbərdə o da deyilir ki, tədbir zamanı dahi bəstəkar Niyazinin əsərləri səsləndirilib.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə bəstəkarın əsərləri, foto şəkilləri, həyat və yaradıcılığını əks etdirən materiallar nümayiş olunub.

Mission News Theme by Compete Themes.