Press "Enter" to skip to content

“Fuad”ın Bosniya və Herseqovinada təqdimatı

Filmin təqdimatı zamanı

BAYRAQDAR MEDİA – Bosniya və Herseqovinanın paytaxtında fəaliyyət göstərən Sarayevo Yunus Emre İnstitutunda (YEE) “Fuad” uzun metrajlı türk filminin təqdimatı olub.

Bu barədə verilən məlumatda qeyd edilir ki, baş rollarda Emre Kızılırmak və Tuvana Türkayın çəkildiyi film, beş yaşında atasının anasını öldürməsinə şahid olan və bunun təsiri ilə həyatı dəyişən və sonralar  doğulduğu Ardahanın İkizdere kəndinə sürgün edilən Fuaddan bəhs edir.

YEE kinoteatrında filimin nümayişindən sonra aktyor Emre Kızılırmakla müsahibə aparılıb. E.Kızılırmak çıxışında, “Filmimiz bir neçə festivalda iştirak edib. Hələ satılmamışdan əvvəl belə bir jest etmək istədim. Sarayevo YEE və TRT-nin töhfələri ilə belə bir tədbirin təşkili mənim üçün çox mənalıdır. Çünki burada türkcə öyrənmək istəyənlər çoxdur. Biz onlara təkcə dilimizi və cümlələri necə qurduğumuzu deyil, mədəniyyətimizi və filmlərimizi də çatdırmağı bacarmalıyıq”, – deyib.

Qeyd olunub ki, filmin ssenarisi gerçək hekayələrdən təsirlənilərək yazılıb.

Mission News Theme by Compete Themes.