Press "Enter" to skip to content

346 minə yaxın e-arayış verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

BAYRAQDAR MEDİA – 2022-ci ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələri üzrə 346 minə yaxın elektron arayış verilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 19-da ƏƏSMN-dən mılumat verilib.

Bildirilib ki, son 4 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30-dək elektron arayış növü istifadəyə verilib: “Nazirliyin e-xidmətləri vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır. Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən son 7 ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 120 milyon 654 min olub”.

Mission News Theme by Compete Themes.