Ersin Tatar : Kıbrıs türk xalqı Türkiyənin dəstəyi ilə milli mübarizəsindən əsla vaz keçməyəcək
BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanı Ersin Tatar Kıbrıs tarixinə “Qanlı Milad” kimi düşən 1963-cü ildə, dekabrın 24-də gecə EOKA terror təşkilatı tərəfindən ailəsi şəhid olan tibb mayoru Nihat İlhanın oğlu Dr. Mustafa Necmi İlhanı qəbul edib. Görüşdə Dr. Mustafa Necmi İlhanla yanaşı onun həyat yoldaşı, qızı və nəvələri də iştirak edib.
KKTC Cümhurbaşqanlığından BAYRAQDAR MEDİA-ya verilən məlumata əsasən qəbuldakı çıxışında E.Tatar bu anlamlı gündə ona edilən ziyarətdən qürur duyduğunu bildirib. O, özünün uşaqlıq illərinə təsadüf edən Kumsal qətliamında şəhid olan ailənin ağrılarının heç vaxt unudulmayacağını vurğulayıb.
Cümhurbaşqanı qətliamın baş verdiyi evin Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə bərpa edildiyini və artıq Barbarlıq Muzeyi kimi rəsmi açılışının olduğunu bildirib.
Şəhidlər sayəsində bir dövlət qurulduğunu deyən Cümhurbaşqanı bunun Doğu Akdeniz çox böyük məna daşıdığını deyib. E.Tatar Kıbrıs türk xalqının çox əzab çəkdiyini və Türkiyənin dəstəyi ilə heç vaxt milli davasından əl çəkməyəcəyini vurğulayıb.