BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Ələkbər Sabir adına şəhər kütləvi kitabxanasında “Asudə vaxtın səmərəli təşkili bizə nə qazandırır” mövzusunda tədbir keçirilib.
Baş İdarədən verilən məlumata əsasən, tədbir iştirakçıları əsasən rəsm çəkmək və dünya ədəbiyyatını mütaliə edərək intellektual səviyyələrini artırmaq, eləcə də şifahi xalq ədəbiyyat nümunələrini oxumaqla adət-ənənələrimizin incəliklərini mənimsədiklərini bildiriblər.
Qeyd edilib ki, kitabxanada növbəti həftə kitablar təqdim olunacaq: “Oxunan kitabların müzakirəsi üçün görüş təşkil ediləcək. Rəssamlıq bacarığı olan uşaqlar oxunan kitabı çəkəcəkləri rəsm vasitəsilə digərlərinə çatdıracaqlar”.