Son yeniləmə: 18 Avqust 2022 12:20
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (əəsmn) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2022-ci ilin 7 ayı ərzində pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 3 milyard 823 milyon manat vəsait ödənilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 18-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,3 faiz və ya 324,3 milyon manat çoxdur.