BAYRAQDAR MEDİA – Avqustun 23-də KOBİA-nın Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Yaşıl iqtisadiyyatın təşviqi” mövzusunda təlim keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, təlimdə Bakı KOBİM-in təlimçi-eksperti Ruslan Qədirov Dayanıqlı inkişaf və “Yaşıl iqtisadiyyat” nədir; “Yaşıl iqtisadiyyatın” əsas sektorları; “Eko-biznes” üçün potensial istiqamətlər; “Eko-biznes”in alətləri: eko-innovasiya, enerji səmərəliliyi, orqanik kənd təsərrüfatı, eko-sistem üzrə xidmətlər və sair mövzularında məruzə edəcək: “Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya “baki@kobim.az” elektron poçt ünvanına müraciət edə bilərsiniz. Təlim ödənişsizdir”.