Press "Enter" to skip to content

Türkiyənin mədəniyyət və turizm naziri KKTC-yə səfər edir

BAYRAQDAR MEDİA – Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy danışıqlar aparmaq üçün avqustun 17-də KKTC-yə səfər edəcək.

Bu barədə verilən məlumata əsasən, yerli vaxtla saat 10:30-da KKTC-yə gələcək nazir qarşılanmadan sonra Barbarlıq Muzeyinin açılışında iştirak edəcək.

Səfər proqramına müvafiq olaraq KKTC Baş nazirin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu, Cüçhurbaşqanı Ersin Tatar, parlamentin sədri Zorlu Törə və Baş nazir Ünal Üstellə görüşlər də daxildir.

Mehmet Nuri Ersoy bu gün axşam isə YDÜ Atatürk Kültür və Konqres Mərkəzində “Gol Atan Cepheye” adlı sənədli filmin qala gecəsinə qatılacaq.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.