Son yeniləmə: 17 Avqust 2022 17:59
BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Səhnə” teatrının təqdimatında “Qaranlıqdan işığa” adlı tamaşa nümayiş olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Baş İdarədən məlumat verilib.
Bildirilib ki, tamaşadan öncə həkim psixiatr-narkoloq Asif Kəngərli narkomaniyanın səbəbləri, törətdiyi fəsadları, yaratdığı problemləri, onun insanların həyat və sağlamlığına mənfi təsirləri haqqında geniş məlumat verib: “Tamaşada bir gəncin bu bəlaya “yox” deyib, qaranlıqdan işığa necə çıxdığını izləmək mümkündür. Əsas məqsəd tamaşada bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya qarşı mübarizəyə çağırmaqdır”.
Qeyd edilib ki, maarifləndirmə funksiyası daşıyan tamaşa narkomaniyanın doğurduğu faciələr haqqında aydın təsəvvür yaradır və insanların sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir.
Məlumat üçün bildirək ki, tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru isə Mirzə Ağa Mirzəyevdir.