Press "Enter" to skip to content

Çinin türklərə qarşı basqıları davam edir

Doğu Türkistan virus bəhanəsi ilə yenidən təcrid olundu

BAYRAQDAR MEDİA – Çin rəhbrəliyi COVID-19-u bəhanə edərək Doğu Türküstanda “tam qapanma” elan edib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumatda deyilir ki, qapanma müddəti çərçivəsində Doğu Türküstan sakinləri evlərinə həbs edilib. Fəallar, sözügedən qərarın Çinin Doğu Türküstanda daha çox təzyiqlər tətbiq edəcəyinə işarə olduğunu bildirib.

Məlumata əsasən, Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin tərəfindən çox sərt şəkildə tətbiq edilən “Sıfır Kovid” prosesi tam sürətlə davam edərkən, hökumət Doğu Türküstanda virusa yoluxanların artdığını iddia edərək “tam qapanma” siyasətini başladıb: “Çin hökuməti Doğu Türküstanın Urumçi, Kaşqar, Gülca və digər şəhərlərində sərt karantin tətbiq edildiyini açıqlayıb. Karantin çərçivəsində ictimai nəqliyyat istifadəyə bağlanıb, şəhərlərarası gediş-gəliş qadağan edilib. Bəzi əyalətlərdə məktəblərin fəaliyyəti dayandırılıb, yalnız xəstəxanaların təcili yardım şöbələri xidmətə açıq qalıb, yaşayış məntəqələri isə tamamilə bağlanıb. Dünyadakı uyğur fəalları Sincanda daha çox təhlükəsizlik tədbirlərinin görülməsinə görə oradakı milyonlarla uyğur türkünün və digər türk xalqlarının acınacaqlı vəziyyətindən narahatdırlar. Fəallar hər dəfə ümumi karantin rejimindən Çin hökumətinin uyğur əhalisi üzərində tam nəzarətini artırmaq üçün bir vasitə kimi istifadə etdiyini narahatlıqla dilə gətirirlər”.

“Bundan əlavə fəallar, tamamilə bağlanaraq evlərində həbsdə olan Doğu Türküstan xalqının aclıqla üzləşə biləcəyini və bu müddət ərzində Çinin digər bölgələrindən olan çinlilərin Doğu Türküstana köçürülməsi üçün bir fürsət olduğunu xüsusi vurğulayırlar. Fəallar bunun Doğu Türküstanda daha çox repressiyaya işarə olduğuna diqqət çəkirlər”, – deyə məluamtda daha sonra bildirilib.

2 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.