Press "Enter" to skip to content

Azərbaycanla Misir arasında turizm əlaqələri diqqət mərkəzində

Görüş zamanı

BAYRAQDAR MEDİA – Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmid arasında görüş olub. Görüşdə turizm əlaqələrinin inkişaf perspektivləri, həyata keçirilən strategiyalar, həmçinin bu istiqamətdə hər iki ölkənin mövcud təcrübələri müzakirə edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 17-də Agentlikdən bildirilib.

Məlumata görə, görüşdə F.Nağıyev son dövrlərdə ölkəmizdə turizm sahəsinə dövlət tərəfindən diqqət göstərildiyini vurğulayıb. Sədr işğaldan azad edilən ərazilərin turizm potensialı, həmçinin tarixi-mədəni irsə malik turizm əhəmiyyətli yerlərdə aparılan yenidənqurma və bərpa işləri haqqında məlumat verib: “O, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın artırılmasının iki ölkə arasında turizm əlaqələrinin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb”.

Səfir isə Azərbaycanın zəngin turizm potensialına, həmçinin misirli turistlərə təklif edilə biləcək çeşidli turizm məhsullarına və multikultural dəyərlərə malik olduğunu, Misirdə Azərbaycan haqqında məlumatlılığın artırılmasının vacibliyini qeyd edib: “O, Bakıdan Şarm əl-Şeyxə uçuşlarla yanaşı, Bakı-Qahirə-Bakı birbaşa aviareyslərin açılmasının turizm səfərlərinin sayının artmasına təsir edə biləcəyini bildirib. Görüşdə birgə fəaliyyət planı hazırlanması, turizm sahəsində təcrübə mübadiləsi, turizm sənayesi nümayəndələri arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və qarşılıqlı təbliğatın artırılması istiqamətində fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.