Press "Enter" to skip to content

Yeddi ayda pensiya ödənişlərinə bu qədər vəsait yönəldilib

BAYRAQDAR MEDİA – 2022-ci ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz (164 milyon manat) çox olmaqla 2 milyard 882 milyon manat vəsait yönəldilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, pensiyalarda artım dinamikası davam edib: “2022-ci ilin 1 avqust tarixinə pensiyaların orta aylıq məbləği 11,7 faiz artaraq 368 manata, yaşa görə orta aylıq pensiya 11,3 faiz artaraq 399 manata çatıb. Cari ilin əvvəlindən minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılıb, pensiyaların sığorta hissəsi indeksləşdirilib, habelə pensiyaçılara maddi yardımların ayrılması təmin edilib. 1,2 milyon pensiyaçını əhatə edən həmin artımlar üçün illik 440 milyon manat əlavə vəsait ayrılıb”.

Məlumata əsasən, yanvar-iyul aylarında 17,2 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 65,5 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Mission News Theme by Compete Themes.