Press "Enter" to skip to content

Qırğızıstan rəsmilərindən ulu öndərə sayğı

Qırğızıstan rəsmiləri ulu öndərin məzarı başında

BAYRAQDAR MEDİA – Qardaş Qırğızıstanın Azərbaycanda səfərdə olan Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev bu ölkənin səfiri Kayrat Osmonaliyevlə birlikdə Bakıdakı Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Xəbəri BAYRAQDAR MEDİA-ya avqustun 16-da Qırğızıstanın Bakıdakı səfirliyindən veriblər.

Xəbərdə deyilir ki, rəsmi qonaq və səfir H.Əliyevin məzarı üstünə tər çiçəklər qoyub, xatirəsini hörmətlə yad edib.

Bakıt Torobayev və Kayrat Osmonaliyev Fəxri Xiyabanda
Bakıt Torobayev və Kayrat Osmonaliyev Fəxri Xiyabanda
Mission News Theme by Compete Themes.