Press "Enter" to skip to content

Beynəlxalq İnformatika Olimpiadasında əldə edilən uğurlar

BAYRAQDAR MEDİA – Beynəlxalq İnformatika Olimpiadasında (IOI) Azərbaycan məktəbliləri 1994-cü ildən etibarən iştirak edirlər. 2019-cu ilə qədər bu olimpiadada əldə edilən medalların sayı 5, 2019-dan bugünədək isə 6-dır.

Bu barədə BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bundan başqa, Azərbaycan məktəbliləri 2014-cü ilə qədər informatika fənni üzrə müxtəlif beynəlxalq olimpiadalarda 2 gümüş və 8 bürünc olmaqla 10 medal əldə ediblər: “2014-cü ildən etibarən isə Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzi yaradıldıqdan sonra 1 qızıl, 11 gümüş və 36 bürünc medal olmaqla cəmi 48 medal qazanılıb”.

Mission News Theme by Compete Themes.