BAYRAQDAR MEDİA – Ağsaqqallar avqustun 16-da Ukrayna paytaxtı Kiyevə gəlib. Bu səfərin məqsədi Rusiyanın təcavüzünə məruz qalmış Ukrayna ilə həmrəylik nümayiş etdirməkdir.
Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya Beynəlxalq Ağsaqqallar qurumundan veriblər.
Xəbərdə deyilir ki, BMT-nin keçmiş Baş katibi və Ağsaqqalların sədr müavini Ban Ki-mun və Kolumbiyanın keçmiş Prezidenti, Nobel Sülh Mükafatı laureatı Xuan Manuel Santos Kiyevdə Prezident Volodimir Zelenski ilə görüşəcək. Onların eyni zamanda başqa dövlət rəsmiləri və əsas siyasi fiqurlarla görüşəcəyi də bildirilir.
O da bildirilir ki, Ağsaqqallar Rusiyanın qanunsuz hücumları nəticəsində dağıntı və insan haqları pozuntularına məruz qalmış bölgələrə səfər edəcək.
Ban Ki-mun: “Biz bu gün cəsur Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirmək və onları birbaşa dinləmək üçün Kiyevə gəldik. Biz Prezident V.Zelenski və Ukrayna xalqına Ağsaqqalların dəstəyini təklif edirik. Biz Ukraynanın suverenliyi, ərazi bütövlüyü və özünü müdafiə hüququnun əsaslılığını təsdiq edirik. Biz BMT-nin bütün üzv dövlətlərini Rusiya tərəfindən təcavüz yoluyla pozulmuş qurumun nizamnaməsindəki əsas prinsiplərlə bağlı məsuliyyətlərini xatırlamağa çağırırıq”.
Xuan Manuel Santos: “İnsanlıq Rusiyanın Ukrayna üzərindəki savaşının mənəvi qəzəbindən üzünü çevirməməlidir. Ağsaqqallar olaraq biz burada insanları dinləyib öyrənməyə gəlmişik. Dünya burada əziyyət çəkənlərin, həyatını itirənlərin qarşısında məsuliyyət daşıyır. Biz Ukrayna xalqının sülh, ləyaqət və azadlıq şəraitində yaşamasına görə məsuliyyət daşıyırıq”.
Bilgi: Beynəlxalq Ağsaqqallar qeyri-formal qurumu 2007-ci ildə Nelson Mandelanın başçılığı altında qurulub. Əsas məqsədi üzvlərin şəxsi təcrübə və nüfuzlarını birləşdirərək sülh, ədalət və insan haqlarının təmin edilməsinə nail olmaqdır.
Hazırda Ağsaqqalların üzvləri arasında Ban Ki-mun, Gro Harlem Brundtland, Zeid Raad Al Hussein, Hina Jilani, Ellen Johnson Sirleaf, Ricardo Lagos, Graça Machel, Juan Manuel Santos, Mary Robinson və Ernesto Zedillo kimi tanınmış siyasi liderlər var.
Martti Ahtisaari, Ela Bhatt, Lakhdar Brahimi, Fernando Henrique Cardoso və Jimmy Carter Ağsaqqalların fəxri üzvləridir.
Desmond Tutu (1931-2021) və Kofi Annan (1938-2018) Ağsaqqalların qurucu üzvləri olmaqla müvafiq şəkildə 2007-2013 və 2013-2018-ci illərdə quruma sədrlik edib. Hazırda isə qurumun sədri Mary Robinsondur.
Önəmli: 2017-ci ilin iyul ayında mən Azər Həsrət şəxsən bu Ağsaqqallara müraciət edərək Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllinə töhfə verməyə çağırış etmişdim. Lakin təəssüflər olsun ki, onlar bu çağırışa reaksiya belə verməmişdilər. Amma yenə də yaxşıdır ki, bu qədər qan-qadadan sonra Ukraynaya səfər edirlər…
http://www.azerhasret.com/?p=5130