Press "Enter" to skip to content

7 ayda 2,6 faiz artım

Son yeniləmə: 16 Avqust 2022 13:06

BAYRAQDAR MEDİA – Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-iyul aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 420,0 milyon kVt/st, yəni 2,6 faiz artaraq 16 278,1 milyon kVt/st olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 16-da Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 125,1 milyon kVt/st artaraq 14 893,0 milyon kVt/st olub: “Həmin dövrdə SES-lərdə 286,5 milyon kVt/st artaraq 1163,9 milyon kVt/st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 milyon kVt/st artaraq 221,2 milyon kVt/st olub. Külək elektrik stansiyalarında 54 milyon kVt/st, günəş elektrik stansiyalarında 37,5 milyon kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 129,7 milyon kVt/st elektrik enerjisi istehsal edilib.

Məlumata əsasən 7 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 653,6 milyon kVt/st (İES-lərdə 13 578,0 milyon kVt/st, SES-lərdə 1075,6 milyon kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 268,8 milyon kVt/st (İES-lərdə 156,5 milyon kVt/st, SES-lərdə 77,8 milyon kVt/st, GES-də 34,5 milyon kVt/st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 39,06 milyon kVt/st, müstəqil elektrik stansiyaları üzrə 1316,64 milyon kVt/st təşkil edib: “2022-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1037,7 milyon kVt/st, idxalı isə 83,5 milyon kVt/st olub. 2022-ci ilin iyul ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2751,3 milyon kVt/st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 110,7 milyon kVt/st, yaxud 4,2 faiz artması deməkdir. İyul ayında elektrik enerjisinin idxalı 12,4 milyon kVt/st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 milyon kVt/st, ixrac isə 374,2 milyon kVt/stolmaqla ötən ilin müvafiq dövrünə nisbətən 221,5 milyon kVt/st artıb”.

Mission News Theme by Compete Themes.