Son yeniləmə: 15 Avqust 2022 11:42
BAYRAQDAR MEDİA – Avqustun 23-də “Qonağımız var” layihəsi çərçivəsində Xalq artisti, Xoreoqrafiya Akademiyasının prorektoru, dosent Təranə Muradova ilə görüş keçiriləcək. Görüş Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında olacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya Mərdəkan Mədəniyyət Sarayından məlumat verilib.
Bildirilib ki, tədbir çərçivəsində Xalq artisti mədəniyyət sarayında xoreoqrafiya sənəti ilə məşğul olan gənc rəqqaslara ustad dərsi keçməklə yanaşı, həm də onun sənətinə pərəstiş edən sevimli tamaşaçıları ilə görüşəcək: “Azərbaycan milli rəqs sənətini dünyanın hər yerində böyük sevgi və uğurla nümayiş etdirən, milli mədəniyyətimizin böyük təbliğatçısı ustad rəqqasə həm də həyat və yaradıcılığı haqqında iştirakçıları maraqlandıran suallara cavab verəcək”.