Press "Enter" to skip to content

Həkimlər “Qarabağ naminə” bir araya gəldilər

"Qarabağ" klinikası

BAYRAQDAR MEDİA – Bərdə rayonunda yerləşən “Qarabağ” klinikasının rəhbəri Dr. Fərid Məmmədovun və Dr. Səid Əhmədovun təşəbbüsü ilə Bərdə rayonunda xeyriyyə aksiyası keçirilib.

“Qarabağ naminə” şüarı altında keçirilən xeyriyyə aksiyasına Bakıdan Dr. S.Əhmədovun rəhbərliyi altında müxtəlif ixtisaslı həkimlər gedib.

Bərdədə yeni açılan “Qarabağ” klinikasının rəhbəri Dr. F.Məmmədov bildirib ki, “Avqustun 14-də Qarabağ klinikasının həkim heyəti ilə bərabər Bakıdan əhalinin pulsuz tibbi müayinəsini aparmaq üçün müxtəlif ixtisaslı həkimlər Bərdədə olub.

Dr. F.Məmmədovun sözlərinə görə, xeyriyyə məqsədilə təşkil olunan aksiyada damar cərrahı, kardioloq, nevroloq, ginekoloq, USM həkimləri, revmotoloq, dermatovenoroloq, endokrinoloq, qastroentoroloq, otorinolarinqoloq, pediatr, allerqoloq, terapevt, uroloq kosmetoloq, cərrah ixtisaslı həkimlər iştirak edib.

“Bakıdan gələn həkimlərimiz “Qarabağ” klinikasında oldular. Klinikaya müayinə üçün ətraf kəndlərdən insanlar gəlmişdilər. Həkim kollektivi 500-ə yaxın əlil və aztəminatlı ailələri pulsuz tibbi müayinə etdilər. Xəstələrə diaqnoz qoyuldu, müalicə təyin edildi. Həkimlərimiz hər biri öz ixtisası üzrə əllərindən gələn köməyi göstərdi. Bundan sonra hər il belə xeyriyyə aksiyaları keçirəcəyik”, – deyə Dr. F.Məmmədov bildirib.

Dr. F.Məmmədov həmçinin bildirib ki, “cəmiyyətdə xüsusilə yaşlı insanlara daim dərin ehtiram olub, eyni zamanda ahıllar daim qayğı, sevgi və nəvazişlə əhatə olunub. Ulu Öndər Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük həssaslıqla yanaşıb. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında, həmçinin birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti sayəsində ölkədə ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. Ahıl vətəndaşların sağlamlığı, sosial vəziyyətlərinin yaxşılaşdırılması Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Biz də bu ölkənin vətəndaşı olaraq aksiyamızı “Qarabağ naminə” şüari altında Dr. S.Əhmədovla birgə başlatdıq. Çalışdıq ki, əhaliyə bacardığımız qədər kömək edək.”

Dr. F.Məmmədov qeyd edib ki, “Qarabağ naminə” xeyriyyə aksiyasında klinikanın direktoru Sahilə Məmmədova, Dr. Liana Fərzəliyeva – USM, Dr. Şahin Mustafayev – USM, Dr. Zərifə Əliyeva – endokrinoloq, Dr. Məlahət Əliyeva – ginekoloq, Dr. Ləman Əliyeva – ginekoloq, Dr. Azər Məmmədov – pediatr, Dr. Ceyran Əmirova – terapevt, tibb bacısı Leyla Abdullayeva iştirak edib.

Bir xatirə şəkli
Bir xatirə şəkli

Damar cərrahı Dr. S.Əhmədovun sözlərinə görə, başlatdıqları “Qarabağ naminə” xeyriyyə aksiyasında onun özünün çalışdığı Yasamal klinikasının həkimləri ilə bərabər müxtəlif klinikaların həkimləri də iştirak edib.

Dr. S.Əhmədov vurğulayıb ki, “məqsədimiz bölgələrdə insanları müayinə etmək, onlarda olan xəstəliklərin erkən aşkarlanmasına və qarşısının alınmasına kömək göstərməkdir. İnsanlarımıza, xüsusilə yaşlı nəslə qayğı, diqqət həm də milli mənəviyyatımızın tərkib hissəsidir. Biz həkimlərdə bu qayğının ən gözəl təcəssümü həm də bölgə sakinlərimizə baş çəkmək, onların səhhəti ilə maraqlanmaq, sağlamlıqlarının qorunmasıdır. Vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində həyata keçirdiyimiz bu cür aksiyalar bundan sonra da ənənə formasında davam etdiriləcək”.

Dr. S.Əhmədov qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən müasir, davamlı, yüksək keyfiyyətli səhiyyə sisteminə sahib olmaq prioritetdir. Həmçinin Prezident İ.Əliyevin hər zaman çıxışlarında vurğuladığı kimi, “insanların sağlamlığı və sosial rifahı birinci yerdədir”.

Dr. S.Əhmədovun sözlərinə görə, “elə bu minvalla yola çıxaraq aksiyada çoxprofilli həkimlər – Dr. Yaşar Əhmədov – nevroloq, Dr. Sevinc Abdullayeva – kardioloq, Dr. S.Əhmədov – damar cərrahı, Dr. Ləman Xasayeva – qastroenteroloq, Dr. Rəsul Cabbarlı – otorinolarinqoloq, Dr. Vüsalə Atakişiyeva – mütəxəssis revmotoloq, Dr. Sevinc Ərəbi – nevroloq, Dr. Rəna Kəngərli – dermatoveneroloq, Türkiyədə ixtisaslaşmış Dr. Həmidə Ələfsərova – pediatr-allerqoloq, Dr. Vüsalə Müslümova – kosmetoloq, Dr. Sənəm Dadaşzadə – uşaq nevroloqu, “Qarabağ naminə” xeyriyyə aksiyasında iştirak edib.

“Qarabağ” klinikasının direktoru Sahilə Məmmədova bildirib ki, “Prezident İlham Əliyevin daim diqqət mərkəzində Azərbaycan vətəndaşının, birmənalı qaydada tərəddüdsüz, insanların sağlamlığı birinci yerdə olub. Bu gün, ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təkcə inkişaf yolu qət etmir, dövlət başçısı qazilərimiz başda olmaqla, fövqəladə hallar, təbii fəlakətlər zamanı zərər çəkən vətəndaşların sosial rifahının da qayğısına qalır. Hətta bütün dünyanın koronavirusla mübarizə apardığı bir dövrdə də ölkə rəhbərimiz insan amilinin əsas olduğunu diqqətə çatdırırdı, açıq şəkildə bildirirdi ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətdə əsas amil vətəndaşların sağlamlığı, təhlükəsizliyi və rifahıdır”.

Təşəbbüsə maraq böyükdür
Təşəbbüsə maraq böyükdür

“Bəli, həyatın ən vacib və qarşılıqsız qəhrəmanlarından biri də həkimlərdir. Çox müqəddəs bir vəzifə daşıyan dəyərli həkimlər. Həkimlərin yeganə məqsədi insan həyatını xilas etmək və xəstə insanların ən dəqiq müalicə üsulları ilə çox daha qısa müddətdə sağlamlığına qovuşmasını təmin etməkdir. İndiki qlobal şəraitdə daha yaxşı yaşamaq üçün çox çalışmaq lazımdır. Ancaq bu qədər işdən və ya genetik şəraitdən sonra xəstəliklər daha çox yayılır. Elə bu anda həkimlərimiz daim köməyimizə çatır. Daim baş tacı olan həkimlərin yeganə məqsədi insanlara hər cəhətdən kömək etməkdir.

Sağlam cəmiyyət, yeni nəslin gələcəyi naminə fəaliyyətini fasiləsiz davam etdirən həkimlər üçün nə qədər yaxşı sözlər deyilsə, yazılsa da həmişə az olacaq. Bu dünyada hər cür gözəl sözə layiq olan həkimlərin haqqı ödənməz.

İnsanları yaşatmağı, ağrılarını azaltmağı, dərdlərinə şəfa verməyi öz peşəsi kimi seçən bütün səhiyyə işçilərimizə sağlam həyat yolu arzulayıram.”

Bu sözlər isə “Qarabağ naminə” xeyriyyə aksiyasının mediadan olan iştirakçısı – AzadMedia.az xəbər portalının redaktoru, 1453 Kral Media Xəbər Agentliyinin (Türkiyə) Azərbaycan təmsilçisi Ülkər Piriyevaya aiddir.

Yeri gəlmişkən, bu xəbəri BAYRAQDAR MEDİA-ya da verən dəyərli həmkarımız Ülkər xanımdır.

Mission News Theme by Compete Themes.