BAYRAQDAR MEDİA – Mərkəzi qərargahı İzmirdə yerləşən AirAnka şirkətinin təyyarəsi bu günlərdə İstanbaldakı Atatürk Hava Limanından ilk uçuşunu edib. Bu uçuş Türkiyə Cümhuriyyətinin qurucusu dahi Mustafa Kemal Atatürkün xatirəsinə böyük ehtiramla tarixə düşüb.
Bu barədə BAYRAQDAR MEDİA–ya Türk Dünyası Platformu və Turan Dünyası Eğitim ve Kültür Derneğinin başqanı, “Polis haber” qəzetinin Eskişehir bölgə təmsilçisi Oral Büyüksarı məlumat verib.
Onun sözlərinə görə, İstanbuldan Ankaraya uçuş edən təyyarənin pilotları möhtəşəm bir addım atıblar. Belə ki, Atatürk Hava Limanından havaya qalxan Airbus A330 tipli təyyarə paytaxt Ankaraya ilk uçuşunu edib: “Qeyd edim ki, AirAnka-nın ATA81 adlı təyyarəsi Ankaraya enməzdən əvvəl Anıtkabir üzərindən uçub və ulu öndər Mustafa Kemal Atatürkün xatirəsinə böyük ehtiram əlaməti olaraq radar izi ilə sonsuzluq işarəsi qoyub”.