Press "Enter" to skip to content

Rum yönətimi köhnə zehniyyətdən əl çəkmir

KKTC Xarici İşlər Nazirliyi

XİN: GKRY-yə rəğmən KKTC Ana Vətən Türkiyə ilə birlikdə beynəlxalq aləmdə öz layiqli yerini tutmaq uğrunda mübarizəsini qətiyyətlə davam etdirəcək

Bayraqdar.info – “Rum Xarici İşlər Nazirliyinin Cümhurbaşqanı Ersin Tatarla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşlərlə bağlı verdiyi açıqlama Güney Kıbrıs Rum Yönətiminin (GKRY) adanın yeganə nümayəndəsi olmadığı və adada iki dövlətin var olması gerçəyinin qəbul edilməsindən nə qədər narahat olduğunu göstərir”.

Bu fikirlər Kuzey Kıbrıs Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı açıqlamada öz əksini tapıb.

KKTC Bakı nümayəndəliyindən avqustun 13-də bayraqdar.info-ya verilən məlumata görə, KKTC XİN-in açıqlamasında daha sonra deyilir: “GKRY-nin adada status-kvonu qorumaq və Kıbrıs türk xalqını qeyri-insani təcrid altında saxlamaq siyasəti yürütdüyü bu açıqlama ilə bir daha ortaya çıxdı. Bu siyasət hətta Avropa Birliyinə üzvlükdən belə hədə məqsədi ilə istifadə etməyə cəsarət edən köhnəlmiş siyasətdir. Kıbrıs türk xalqının həyatını çətinləşdirmək üçün hər cür bədxah vasitəyə əl atan GKRY-yə rəğmən KKTC Ana Vətən Türkiyə ilə birlikdə beynəlxalq aləmdə öz layiqli yerini tutmaq uğrunda mübarizəsini qətiyyətlə davam etdirəcək”.

Mission News Theme by Compete Themes.