Press "Enter" to skip to content

KKTC təmsilçisindən mediaya önəmli müraciət

Ufuk Turganer

Son yeniləmə: 10 Avqust 2022 20:17

Ufuk Turganer: Kıbrısla bağlı xəbər verəndə söhbətin KKTC-dən, yoxsa Güney Kıbrısın rum yönətimindən getdiyinin vurğulanması vacibdir

Bayraqdar.info – “Biz Kıbrıs türkləri olaraq Azərbaycanın bizə diqqətindən məmnunuq. Azərbaycan dövləti, xalqı və mediası hər zaman Kuzey Kıbrıs Türk Cümhuriyyətinə xüsusi diqqət və sevgi ilə yanaşır ki, bu da bizləri çox sevindirir”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında KKTC Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer deyib.

Bununla yanaşı Ufuk xanım bayraqdar.info vasitəsilə Azərbaycan mediasına bir müraciət də ünvanlayıb: “Bu gün Kıbrıs adasında iki ayrı xalq və dövlət var. Bunlardan biri Kuzey Kıbrıs Türk Cümhuriyyəti, digəri isə Güney Kıbrısdır. Amma bəzən biz bəzi xarici mediada, o cümlədən qardaş Azərbaycanın bəzi mətbu orqanlarında Kıbrısla bağlı ümumiləşmiş ifadəyə rast gəlirik. Yəni yazılarda ada ümumi Kıbrıs kimi təqdim olunur. Bu isə oxucuda sadəcə bir Kıbrıs dövləti varmış kimi təəssürat oyadır. Halbuki dediyim kimi, adada iki ayrı dövlət var. Odur ki, Kıbrısla bağlı xəbər verəndə söhbətin KKTC-dən, yoxsa Güney Kıbrıs rum yönətimindən getdiyinin vurğulanması vacibdir”.

Qeyd edək ki, U.Turganer avqustun 1-dən etibarən Azərbaycanda KKTC təmsilçisi kimi fəaliyyətə başlayıb. O, daha öncə də Azərbaycanda öz ölkəsinin təmsilçisi kimi vəzifədə olub və təkrar buraya təyinat alıb.

Ufuk xanım yenidən görəvinə başladıqdan dərhal sonra Azərbaycan mediasına ilk müsahibəsini də verib.

KKTC təmsilçisi: Yenidən ikinci evimizə gəldik

Mission News Theme by Compete Themes.