Son yeniləmə: 10 Avqust 2022 09:46
Bayraqdar.info – “Türkiyənin musiqi və Yunus Emre aşiqləri ilə növbəti görüşümüz Ankaranın Nallıhan ilçesində oldu. Burada Nallıhan bələdiyyəsi tərəfindən artıq səkkizincisi dəfə keçirilən “Uluslararası Nallıhan İpek İğne Oyaları Kültür Sanat ve Tapduk Emre’yi Anma Festivali” çərçivəsində gözəl bir konsert proqramımız oldu”.
Bunu bayraqdar.info-ya avqustun 10-da özəl açıqlamasında əslən Moldovadan olan müğənni Leonida Timuş deyib.
Onun sözlərinə görə, İpək Yolu üzərində yerləşən, ipək iynə naxışlarının paytaxtı kimi tanınan Nallıhandakı festivala hər il maraq böyük olur. Bu dəfə də eyni coşqu hiss edilib. Festival çərçivəsində dualar və səma rəqslərinin müşayəti ilə Şükrü Yeşildağ və heyətinin təsəvvüf musiqisi konserti, həmçinin Leonida Timuş tərəfindən Yunus Emre ilahiləri təqdim edilib.
Onu da qeyd edək ki, Tapduk Emre Yunus Emrenin müəllimi olub.