Son yeniləmə: 9 Avqust 2022 20:05
Bayraqdar.info – Məlum olduğu kimi, qardaş Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçirilir. Artıq Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Konyaya səfər edib.
Avqustun 9-da Prezident İ.Əliyev Konyada Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatarla görüşüb.
Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, Konyadakı Ramada Otel Melikşah Salonunda keçirilən görüş 40 dəqiqəyə yaxın çəkib. Məlumata əsasən, Cümhurbaşqanı E.Tatar görüşdə Prezident İ.Əliyevə Kıbrısdakı proseslərlə bağlı məlumat verib. O, adadakı problemlərin həlli üçün Türkiyə ilə birlikdə siyasət reallaşdırdıqlarını deyib.
Prezident İ.Əliyevlə görüşdən məmnunluğunu ifadə edən E.Tatar qəbulun çox səmimi şəraitdə keçdiyini qeyd edib: “Cümhurbaşqanı E.Tatar iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı üçün qiymətləndirmələrin aparıldığını vurğulayıb. E.Tatar KKTC idmançılarının da qarşıdakı illərdə İslam Həmrəyliyi Oyunlarına qatıla bilməsini arzulayıb. O, Kıbrıs türklərinin Azərbaycanın Qarabağ Zəfəri ilə bağlı çox qürurlu və xoşbəxt olduqlarını ifadə edib”.
Məlumatda vurğulanır ki, Azərbaycan Prezidenti İ.Əliyev də KKTC idmançılarının İslam Həmrəyliyi Oyunlarında iştirakını dəstəklədiyini deyib və Azərbaycanın Qarabağ müharibəsi zamanı KKTC xalqının dəstəyini hiss etdiklərini bildirib.
Türkiye Cumhuriyeti Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan’ın davetlisi olarak geldiğim Konya’da Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev ile çok samimi bir görüşme yaptım. Münasebetlerimizin geliştirilmesi için değerlendirmelerde bulunduk. pic.twitter.com/Rbb7PL3sc9
— Ersin Tatar (@ErsinrTatar) August 9, 2022
[…] KKTC Cümhurbaşqanı Azərbaycan Prezidenti ilə görüşüb […]