Press "Enter" to skip to content

Soçi görüşündən gözləntilər

Dr. Yücel Karauz

Son yeniləmə: 10 Avqust 2022 10:49

Dr. Yücel Karauz: Əsas müzakirə mövzularından biri də Türkiyənin Suriyada həyata keçirməyə hazırlaşdığı anti-terror əməliyyatları olacaq

Bayraqdar.info – “Avqustun 5-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla Rusiya Prezidenti Vladimir Putinin Soçidə görüşü nəzərdə tutulub. Bu görüşdə tərəflər bir çox məsələləri müzakirə edəcəklər. Xüsusilə də Rusiya-Ukrayna savaşı, taxıl koridoru, qlobal problemlər, Türkiyədəki Akkuyu Atom Stansiyası kimi məqamlar da daxil geniş spektrli müzakirə olacağı qaçılmazdır”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Onun sözlərinə görə, heç şübhəsiz, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətməsi məsələsi də Soçidə müzakirə olunacaq: “Hesab edirəm ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğunun təhlükə mənbəyi olaraq qalması, avqustun 3-də baş verən terror-təxribat əməli və buna cavab olaraq Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı Soçidə iki dövlət başçısı arasında xüsusi müzakirə olunacaq”.

Azərbaycan Ordusundan “Qisas” əməliyyatı – VİDEO

Müsahibimiz qeyd edib ki, Soçi görüşünün əsas müzakirə mövzularından biri də Türkiyənin Suriyada həyata keçirməyə hazırlaşdığı anti-terror əməliyyatları olacaq: “Təbii ki, bu əməliyyatın keçirilməsini istəməyən bir çox qüvvə var. Rusiya, İran, ABŞ, Avropa ölkələri bu sıradadır. Lakin Türkiyə qərarlıdır və bu əməliyyatın vacib olduğunu birinci şəxsin dilindən Soçidə Rusiya rəhbərinin diqqətinə çatdıracaq. Onu da deyim ki, Soçidə Rusiyanın buna “bəli” yaxud “xeyir” deməsi Türkiyənin qərarına hər hansı bir təsir etməyəcək. Əvvəla dediyim kimi, Türkiyə qərarlıdır. Digər tərəfdən Rusiyanın bu dəqiqə başı qarışıqdır və Suriyaya lazım olduğu qədər diqqət yetirə bilmir”.

Mission News Theme by Compete Themes.