Press "Enter" to skip to content

Ermənilər bundan nəticə çıxarmalıdırlar

Hulusi Kılıç

Son yeniləmə: 10 Avqust 2022 10:39

Hulusi Kılıç: Ermənilər ağıllanmasalar daha ağır bədəl ödəyəcəklər

Bayraqdar.info – “Ermənilərə haqq etdikləri dərs verildi. Ümid etmək istərdik ki, bundan lazımi nəticə çıxararlar. Azərbaycan Ordusu bir daha öz gücünü və bacarığını göstərdi. Dünya gördü ki, ilanların başını belə əzirik”.

Bunu Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatını bayraqdar.info üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.

Azərbaycan Ordusundan “Qisas” əməliyyatı – VİDEO

O, qeyd edib ki, kimsə Azərbaycanın gücünü yoxlamasın: “Azərbaycanımız torpaqlarını qoruyacaq, vətəndaşlarını qoruyacaq gücə sahibdir. Əvvəlcə terrorçu ermənilərin başlatdığı atışma nəticəsində şəhid olan Anar Kazımovun ailəsinə baş sağlığı vermək istəyirəm. Allah ona rəhmət eləsin. Onun qisası alındı. Azərbaycan ordusunun başlatdığı anti-terror əməliyyatları nəticəsində 3 erməni terrorçu məhv edilib, 20-dək erməni də yaralanıb. Birə üç, birə on. Ermənilər ağıllanmasalar daha ağır bədəllər ödəyəcəklər”.

H.Kılıç baş verənlərdə Rusiya sülhməramlılarının da məsuliyyət daşıdığını deyib: “Əslində, biz sülhməramlılardan onlara verilən tapşırığın həyata keçirilməsini gözləyirik. 10 Noyabr 2020 anlaşmasına görə, bu separatçı terrorçuların əlindəki silahlar tezliklə toplanmalıdır. Başqa yolu yoxdur. Laçın Azərbaycanın torpağıdır. Qarabağ Azərbaycandır. Kimsə Azərbaycan əsgərinin gücünü yoxlamasın”.

Bildirilib ki, tezliklə sülh müqaviləsinin imzalanması və Azərbaycanın irəli sürdüyü baza prinsipinin gerçəkləşməsi lazımdır: “Türkiyə olaraq, hər zaman Azərbaycanın yanındayıq, bundan sonra da yanında olacağıq. Ermənistan Türkiyə ilə əlaqələri normallaşdırmaq istəyirsə, əvvəlcə Azərbaycanla əlaqələri normallaşdırmalıdır. Sülh müqaviləsinin tezliklə imzalanması lazımdır. Bir daha təkrar edirəm, terrorçular bir dəfə də cəsarət edərsə, bunun cavabının ağır olacağı bəllidir. Təcrübəli Azərbaycan ordusu var”.

“Ehtimal edirəm ki, bu mövzu Recep Tayyip Erdoğanla Vladimir Putinin arasında Soçidə keçiriləcək görüşdə də müzakirə ediləcək. Çünki hazırda gündəmin ən vacib mövzularından biridir”, – deyə H.Kılıç sonda əlavə edib.

Mission News Theme by Compete Themes.