Son yeniləmə: 2 Avqust 2022 13:52
Bayraqdar.info – Məlum olduğu kimi, iyulun 20-də İsrailin Azərbaycandakı səfiri Corc Dik ona hədiyyə edilən “Təbrizin sehrli nağılları” kitabı barədə Twitter səhifəsində foto yayıb. Məhz bundan sonra bu kitab barədə paylaşımlar və müzakirələr artan xətt üzrə inkişaf etməkdədir.
Bu arada isə bəlli olub ki, bu kitabın üz qabığının şəkilləri artıq Təbrizin küçələrini bəzəyir.
Araz News xəbər verir ki, Təbrizin müxtəlif küçə və prospektlərində divarlara bu şəkillər yapışdırılıb. Şəkillərdə milli şüarlar, o cümlədən “Corc Dikin etdiyi kimi, Güney Azərbaycana sizlər də dəstək verin” sözləri və “Azadlıq, Ədalət, Milli hökumət” şüarı yazılıb.