Press "Enter" to skip to content

Şavkat Mirziyoyev Azərbaycan nümayəndə heyəti ilə görüşüb

Görüşdə ikitərəfli əməkdaşlığa dair müzakirə aparılıb

Son yeniləmə: 2 Avqust 2022 16:30

Bayraqdar.info – Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı, Özbəkistan Prezidenti Azərbaycan Prezidentinə ən xoş salamlarını çatdırıb: “Cari ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana tarixi dövlət səfərinin əhəmiyyətini vurğulayan Prezident Şavkat Mirziyoyev, səfər zamanı əldə olunmuş razılıqlara uyğun olaraq qısa müddət ərzində görülən işləri yüksək qiymətləndirib. Bu xüsusda, bir sıra sahələr üzrə şirkətlər arasında artıq əlaqələrin qurulması, neft və qaz sektorunda şirkətlər arasında razılaşmaların əldə edilməsi, dünən keçirilmiş ikitərəfli Azərbaycan-Özbəkistan İqtisadi Komissiyanın iclası və onun nəticələrinin faydalı olduğu vurğulanıb. Həmçinin bu gün ilk dəfə olaraq keçirilmiş Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin tarixi üçtərəfli görüşünün ölkələrimiz üçün əhəmiyyəti diqqətə çatdırılıb”.

Görüşdə eyni zamanda, ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində olan yüksək səviyyəli əməkdaşlıq məsələləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işlər, o cümlədən cari ilin noyabr ayında Səmərqənddə Zirvə görüşünün keçirilməsinə hazırlıq işləri müzakirə edilib. Ümumilikdə, ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.

Xarici işlər naziri C.Bayramov öz növbəsində, Prezident İlham Əliyevin ən xoş arzularını Prezident Şavkat Mirziyoyevin diqqətinə çatdırıb: “Prezidentlərin tapşırığına uyğun olaraq, həm ikitərəfli hökumətlərarası komissiyanın nəticələrindən, həm də üçtərəfli formatda qəbul edilmiş Daşkənd Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib. Üçtərəfli formatda görüşün yüksək səviyyədə təşkilinə görə Özbəkistan dövlət başçısına minnətdarlıq ifadə edilib”.

Mission News Theme by Compete Themes.