Press "Enter" to skip to content

İyulda 16 minə yaxın müraciət

Bayraqdar.info – İyul ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 15 min 954 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Bu barədə bayraqdar.info-ya avqustiun 2-də BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Bildirilib ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 11 min 188 zəng qəbul edilib: “Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 min 400 vətəndaş müraciət edib. İyul ayında BŞTİ-yə 1 min 812 sənəd (vətəndaşlar tərəfindən 482 ərizə, Təhsil Nazirliyindən 276, digər qurumlardan 157, məktəblərdən 233 məktub və 664 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 554 elektron müraciətə baxılıb”.

Məlumata əsasən, daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.

Mission News Theme by Compete Themes.