Press "Enter" to skip to content

Daha 7 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi

Son yeniləmə: 2 Avqust 2022 13:37

Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Bu barədə bayraqdar.info-ya avqustun 2-də KOBİA-dan bildirilib

Qeyd edilib ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 49-a çatıb. “Startap” şəhadətnaməsi “Glorri” MMC-nin işə götürmə prosesinin optimallaşdırılması üzrə onlayn HR platforması, “Mie Azerbaijan” MMC-nin “CLD” tədris texnologiyası əsasında təlim tədris xidmətləri, “Eduaz co.” MMC-nin tələbə, təlimçi və şirkətlər üçün təhsil platforması, “Dronee Aero” MMC-nin “Simurq F” markası altında müxtəlif təyinatlı dronların istehsalı və satışı, “Alimok” MMC-nin uşaqların fərdi inkişaf və zehni biliklərini artırmaq üçün təhsil platforması, “Vvaverıty” MMC-nin neft-qaz sektorunda geoloji dataların emalı və vizualizasiyası üçün proqram təminatı və “Plast” MMC-nin tibb xidmətlərinin mobil tətbiq üzərindən sifarişi layihələri üçün təqdim edilib.

Məlumata əsasən, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir: “Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla bu linkdən tanış olmaq olar.

Mission News Theme by Compete Themes.