Press "Enter" to skip to content

Azərbaycan-Türkiyə enerji əməkdaşlığı

Görüş zamanı

Son yeniləmə: 2 Avqust 2022 13:46

Bayraqdar.info – Energetika nazirinin müavini Elnur Soltanovavqustun 1-də ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə bayraqdar.info-ya avqustun 2-də Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müzakirələrdə iki ölkə arasında enerji əməkdaşlığının ikitərəfli və regional faydalarına toxunaraq, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP kimi qlobal enerji layihələrindən bəhs edilib: “Azərbaycan və Türkiyənin ortaq layihəsi olan TANAP layihəsinin Türkiyənin təbii qaz tələbatının ödənilməsi ilə yanaşı Avropanın enerji təhlükəsizliyinintəmin edilməsində əsas enerji mənbələrindən biri kimi mühüm rol oynadığı qeyd olunub. Regionda artan qaz tələbatı kontekstində əlavə qaz həcmlərinin tədarükü istiqamətində atılan addımlar müzakirə edilib”.

Görüşdə Azərbaycan və Türkiyə arasında elektrik enerjisi mübadiləsi məsələsinə toxunulub, Türkiyə vasitəsilə elektrik enerjisinin tranziti və ixracı imkanlarından bəhs edilib: “Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə və Türkiyə vasitəsilə Avropaya elektrik enerjisi ixracıimkanlarının öyrənilməsi, eləcə də Azərbaycan-Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel layihəsi barədə fikir mübadiləsi aparılıb, regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi istiqamətdə həyata keçirilən layihələr haqqında məlumat verilib və Türkiyəli investorlarınbu proseslərdə iştirakı üçün geniş imkanlar olduğu bildirilib”.

Görüşdə,həmçinin növbəti Azərbaycan-Türkiyə Enerji Forumunun keçirilməsivə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.