Press "Enter" to skip to content

Yeni xalçanın kəsim mərasimi

Milli Xalça Muzeyi

Son yeniləmə: 1 Avqust 2022 10:59

Bayraqdar.info – Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunmuş yeni xalçanın qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçiriləcək.

Bu barədə Muzeydən məlumat verilib.

Bildirilib ki, muzeyin Ənənəvi texnologiya şöbəsində toxunmuş xalçanın kəsimi avqustun 2-də saat 15:00-da həyata keçiriləcək.

Xüsusi təntənə ilə keçirilən mərasimin iştirakçısı olmaq istəyən hər kəs muzeyə gələ bilər.

Mission News Theme by Compete Themes.