Son yeniləmə: 1 Avqust 2022 10:21
Bayraqdar.info – Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Serbiya – Kosovo sərhədində yaranan gərginliyə görə serb və kosovolu həmkarları ilə danışıb.
Balkan News xəbər verir ki, Serbiyanın xarici işlər naziri Nikola Selakoviç və Kosovo xarici işlər naziri Donika Gervalla-Şvarts ilə ayrı-ayrılıqda telefon danışıqları aparan M.Çavuşoğlu Türkiyənin Balkanların sülh və sabitliyinə hər zaman önəm verdiyini xatırladıb.
Bölgədə yeni gərginliyin heç kimə fayda vermədiyini vurğulayan M.Çavuşoğlu sağlam düşüncənin hakim olması lazım olduğunu və gərginliyin azaldılması üçün üzərinə düşəni etməyə hazır olduğunu bildirib.