Son yeniləmə: 1 Avqust 2022 12:21
Bayraqdar.info – 1 avqust tarixi Kıbrıs türkləri üçün xüsusi önəm kəsb edir. Çünki Kıbrısın türklər tərəfindən fəth edilməsinin 451-ci ildönümü, Türk Müqavimət Təşkilatının yaranmasının 64-cü ildönümü və Təhlükəsizlik Qüvvələri Komandanlığının yaranmasının 46-cı ildönümü məhz avqustun 1-nə təsadüf edir.
1 avqust hər il Kuzey Kıbrıs Türk Cümhuriyyətində Milli Müqavimət Bayramı kimi qeyd olunur.
Xatırladaq ki, Kıbrıs türklər tərəfindən 1 avqust 1571-ci ildə 80 min şəhid verilərək fəth edilib. Eyni zamanda ötən əsrin 50-70-ci illərində rum-yunan cütlüyü tərəfindən adadakı türklərin kütləvi qətliamlarına son qoyulması məqsədilə müqavimət hərəkatı başlanıb. 1 avqust 1958-ci ildə qurulan Türk Müqavimət Təşkilatı Kıbrıs türklərinin varlığı uğrunda inanılmaz mübarizə aparıb.
Vurğulandığı kimi 1 avqust həm də Kıbrıs türkləri üçün Təhlükəsizlik Qüvvələrinin yarandığı gündür. Belə ki, Kıbrıs Barış Hərəkatından sonra 13 fevral 1975-ci ildə Kıbrıs Türk Federal Dövləti qurulub. 1 avqust 1976-cı ildə isə TMT-nin bazasında Təhlükəsizlik Qüvvələri qurulub.
Bu arada KKTC Cümhurbaşqanı Ersin Tatar Milli Müqavimət Bayramı münasibətilə mesaj yayıb. Mesajnda o, Kıbrısın türklrə tərəfindən fəthindən bu günümüzə keçirlən yola nəzər salıb.
E.Tatar “Kıbrısdakı türk varlığı 1571-ci ildən bu yana davam edərkən, bizim əsas vəzifəmiz buradakı türk varlığını qorumaq və xalqımızı azad, müstəqil və suveren saxlamaqdır. Bu borcumuz atalarımıza, bütün şəhidlərimizə ən böyük borcumuzdur”, – deyə vurğulayıb.