Press "Enter" to skip to content

İran ətraf mühitlə bağlı öhdəliklərini yerinə yetirmir

Son yeniləmə: 1 Avqust 2022 13:22

Urmu gölü haqqında elmi əsər işıq üzü gördü

Bayraqdar.info – Güney Azərbaycandakı Urmu gölünün qurudulması artıq xaricdə də geniş əks-səda doğurub. Hətta qardaş Türkiyədə bununla bağlı elmi iş və kitab hazırlanıb.

Bu barədə bayraqdar.info-ya Osmaniye Korkut Ata Universiteti Beynəlxalq münasibətlər fakültəsinin öğretim üyesi Dr. Elnur Paşa məlumat verib.

Onun sözlərinə görə, “Çevre Hakkı Çerçevesinde İran’ın Urmiye Gölü’ndeki Uygulamaları” adlı əsər artıq kitab halında oxuculara təqdim edilib: “Bu əsərdə İranın şimal-qərbində – Güney Azərbaycan ərazisində yerləşən və son illər ekoloji problemlərlə mübarizə aparan Urmiya gölünün vəziyyəti araşdırılıb. Mövzu ilə bağlı bir çox coğrafi əsaslı araşdırmalara əlavə olaraq, hüquqi baxımdan bir qiymətləndirmə aparılıb”.

Bildirilib ki, əsər Hilal Ceyhan tərəfindən Dr. Bahadır Bumin Özarslanın rəhbərliyi ilə Hacettepe Universitetində Dövlət Hüququ sahəsində magistr dissertasiyası kimi müdafiə edilmiş və daha sonra Astana Nəşriyyatlarında kitab kimi nəşr edilmişdir: “Urmu gölünün vəziyyəti araşdırıldığında coğrafi fəlakətdən çox insan əli ilə pozulmuş bir nizamın olduğu görünür. İran dövləti ətraf mühitlə bağlı öhdəliklərini yerinə yetirmir. Aparılan qiymətləndirmələr nəticəsində xüsusilə dövlətin inkişafyönümlü fəaliyyəti ətraf mühitə olan hüquqların pozulmasını təşkil edir”.

Məlumata əsasən, tədqiqatın birinci hissəsində ətraf mühit hüququ mövzusu daim yenilənən insan hüquqları perspektivi və beynəlxalq ekoloji hüquq prizmasından qiymətləndirilıb. İkinci hissədə Urmu gölü ilə bağlı ingilis və türk araşdırmaları nəzərdən keçirilib və gölün qurumasının səbəbləri ətraflı müəyyən edilib: “Səviyyə dəyişməsinin səbəbləri araşdırılarkən səbəbin əhatə dairəsi, əhəmiyyəti, qurumaya təsir sürəti müəyyən edilmiş və qurumanın bütün səbəbləri təsnif edilməyə çalışılmışdır. Bu nöqtədə göldəki dramatik dəyişikliyi izah etmək üçün təkcə iqlim dəyişikliyi kifayət deyil. Gölün əlverişsiz vəziyyətinin əsas səbəbi kimi insan faktorları (su hövzələrinin səmərəli idarə olunmaması, inkişaf proqramları çərçivəsində humanitar müdaxilələr) göstərilir. Ən optimist araşdırmada belə, iqlim dəyişikliyinin gölə təsiri 35 faizi keçmir”.

Mission News Theme by Compete Themes.