Bayraqdar.info – Bakının Əmircan və Köhnə Suraxanı qəsəbələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə bayraqdar.info-ya “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri Suraxanı rayonu Atamoğlan Rzayev küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 01 avqust 2022-ci il tarixində gün ərzində Əmircan və Köhnə Suraxanı qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.