Press "Enter" to skip to content

Bir həftədə daha 100-ə yaxın kiçik ailə təsərrüfatları yaradılıb

Şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi davam edir

Son yeniləmə: 1 Avqust 2022 13:22

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bayraqdar.info-ya avqustun 1-də verilən məlumata görə, son bir həftə ərzində həmin kateqoriyadan olan 100-ə yaxın şəxsə aktivlər təqdim edilib: “Verilmiş aktivlər hesabına onlar üçün kiçik təsərrüfatlar yaradılıb. Ümumilikdə agentlik tərəfindən bu ilin ötən dövrü ərzində 1000-dən çox şəhid ailəsi və qazinin özünüməşğulluq proqramına cəlb olunması və proqram çərçivəsində onlar üçün kiçik təsərrüfatların yaradılması təmin edilib”.

Qeyd edək ki, proqrama cəlb olunan şəxslərə istehsal, xidmət və kənd təsərrüfatı üzrə biznes zərflər təklif olunur.

Mission News Theme by Compete Themes.