Son yeniləmə: 30 İyul 2022 11:34
Bayraqdar.info – Xəbər verdiyimiz kimi Lənkəranda ”Ənənəvi və sosial mediada genderəsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə bacarıqlarının artırılması” mövzusunda üçgünlük təlimə başlayıb. Təlim Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi ölkənin aparıcı media qurumlarının təmsilçilərinin, həmçinin tanınmış bloqerlərin iştirakı ilə keçirilir.
Gender əsaslı cins seçiminin qarşısının alınmasında medianın rolu
29-31 iyul tarixlərində Lənkəran şəhərində keçirilən təlimin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeninə media və ictimaiyyətin diqqətini çəkmək, bu problemlə mübarizə istiqamətində aparılan milli təşviqat kampaniyasına medianı cəlb etməkdən ibarətdir.
Qeyd edək ki, təlimin ikinci günündə də maraqlı mövzuların müzakirəsi nəzərdə tutulub.
Belə ki, iyulun 30-da ilk olaraq Türkiyədən olan media üzrə ekspert Yıldız Derya Birincioğlu “Xəbər hazırlayarkən genderə həssas yanaşmanın tətbiqi” mövzusunda təqdimatla çıxış edib.
Daha sonra isə yazıçı, ssenarist, aktiv sosial media istifadəçisi Zehra Çelenk “Müəlliflik və sosial mediadan istifadə” mövzusunda təqdimatla çıxış edəcək.
İkinci gün ərzində, həmçinin, “Mediada gender bərabərliyinin təmin olunması. Mövcud stereotiplərə alternativlər yaratmaq” və “Qadınlar mediada və sosial mediada necə təsvir olunmalıdır?” mövzularında da təqdimat və müzakirələr olacaq.