Press "Enter" to skip to content

Azərbaycanlı taekvondoçudan tarixi qələbə

Dünya birinciliyinin ikinci günü Azərbaycan millisi üçün uğurlu olub

Son yeniləmə: 30 İyul 2022 12:27

Bayraqdar.info – Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyi davam edir. Mundialın ikinci günü Azərbaycan millisi üçün uğurlu olub.

Azərbaycan Taekvondo Federasiyasından bildirilib ki, milli komandanın üzvü Mehdi Budaqlı (33 kq) Azərbaycanın taekvondo tarixinə düşüb: “İdmançı mundialda keçirdiyi 6 döyüşün hamısını qələbə ilə başa vuraraq, yeniyetmələr arasında Azərbaycanın ilk dünya çempionu tutuluna sahib olub. Mübarizəyə otuzikidəbir finaldan başlayan M.Budaqlı ilk döyüşündə kanadalı Levi Qavası yeni qaydalara əsasən raund hesabında məğlub edib – 2:0. Taekvondoçumuz ardınca Dieqo Qerubiniyə (Avstraliya), Conatan Haimiyə (İsrail) və Nelson Dedeqbeniyə (Fransa) 2:0 ilə qalib gələrək yarımfinala adlayıb. Mehdi finala vəsiqə uğrunda moldovalı Maksim Kravçenkoya da şans verməyib – 2:0. İnamlı döyüş sayəsində həlledici mərhələyə adlayan taekvondoçu uğurlu seriyanı davam etdirib. Finalda özbəkistanlı Dilmurod Marufcanovla qarşılaşan Mehdi yenə də dayanqdan 2:0 hesablı qələbə ilə ayrılıb və mundialın qızıl medalına sahib olub”.

Bununla da, 14 yaşlı taekvondoçu Azərbaycanın tarixi uğurunu rəsmiləşdirib. O, dünya birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, Sofiyada keçirilən mundial iyulun 31-də başa çatacaq.

 

Mission News Theme by Compete Themes.