Son yeniləmə: 29 İyul 2022 11:48
Bayraqdar.info – Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2022-ci ilin 6 ayında da davam edib.
Bu barədə bayraqdar.info-ya iyulun 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin birinci yarımili ərzində həmin sosial təminat növləri üzrə əhaliyə 3 milyard 247 milyon manat vəsait ödənilib: “Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 235,3 milyon manat çoxdur”.