Press "Enter" to skip to content

Namizədlərin kimliyi mühüm rol oynayacaq

Mehmet Metiner

Son yeniləmə: 29 İyul 2022 16:37

Mehmet Metiner: AK Parti parlament seçkilərində millətin istədiyi və millət tərəfindən sevilən adları siyahıya daxil edərsə, seçkinin qalibi olacaq

Bayraqdar.info – “Cümhurbaşqanı Recep Tayyip Erdoğan və AK Parti bir daha güclü bir şəkildə meydanlara qayıtdı. İndi partiyanın bütün yerli təşkilatları aktiv bir şəkildə fəaliyyət göstərirlər. Ölkədəki mövcud bəzi iqtisadi problemlər həll olunarsa, R.T.Erdoğanın yenidən seçiləcəyinə şübhə yoxdur”

Bunu Türkiyədəki seçkiqabağı durumu və AK Partinin xalqla görüşlərə başlamasını bayarqdar.info üçün dəyərləndirən AK Partinin 24, 25 və 26-cı dönəm millət vəkili, siyasi yazar Mehmet Metiner deyib.

Onun sözlərinə görə, buna rəğmən AK Parti parlament seçkilərində müəyyən çətinlik çəkə bilər: “Bunun öhdəsindən gəlməyin yeganə yolu seçkilərə millətin güclü şəkildə dəstəklədiyi kadrlarla getməkdən keçir. İndi insanlar seçkilərdə adlara, yəni namizədlərin kim olmasına baxır”.

Müsahibimiz qeyd edib ki, AK Parti parlament seçkilərində millətin istədiyi və millət tərəfindən sevilən adları siyahıya daxil edərsə, seçkinin qalibi olacaq: “Əks halda ciddi qan itkisi baş verə bilər. Yəni Cümhurbaşqanı R.T.Erdoğan güclü şəxsiyyəti və millətin qəlbində dərin kök salmış liderliyi ilə yenidən seçilər. Amma mənim də təmsil olunduğum AK Partinin parlamentdə təmsil olunmasında bir geriləmə ola bilər”.

M.Metinerin sözlərinə görə, R.T.Erdoğanın prezident seçiləcəyi, lakin TBMM-də müxalifətin çoxluq təşkil edəcəyi halda da ciddi problem yarana bilər: “Bu baş verərsə, o zaman icraedici və qanunverici orqanlar arasında ciddi gərginlik və siyasi qarşıdurmalar qaçılmaz ola bilər. Ümid və arzu edirəm ki, AK Parti yalnız millətin istədiyi kadrlarla özünü yeniləyib dəyişdirərək, üstəlik, sevgi əsasında hər kəsi əhatə edən yeni bir siyasi dil quraraq bu problemi həll edəcək. Bu baş verərsə, o zaman AK Parti yeni dövrdə siyasi qeyri-sabitliyə səbəb olacaq hallarla qarşı-qarşıya qalmaz”.

Mission News Theme by Compete Themes.