Press "Enter" to skip to content

Musiqili-ədəbi tədbir

Tədbirdən foto

Son yeniləmə: 29 İyul 2022 15:07

Bayraqdar.info – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Axundov adına Mədəniyyət evində şairə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş musiqili-ədəbi tədbir keçirilib.

Baş İdarədən bildirilib ki, şairə-publisist Gülarə Munis Xurşidbanu Natəvanın həyat və yaradıcılığı haqqında danışıb: “Buzovna qəsəbəsi Cümə məscidinin axundu, ədib Soltan Əlizadə şairənin qəzəllərinin həzinliyi barədə söhbət açıb. Tədbirdə 234 nömrəli tam orta məktəbin XI sinif şagirdi Şəfiqə Əsədova şairəmizin obrazını yaradaraq, tarın müşayiəti ilə qəzəl ifa edib”.

Məlumata əsasən, daha sonra gənc xanəndə Şirəli Məmmədov X.Natəvanın qəzəllərindən ibarət təsnif ifa edib, eləcə də Xəzər rayon Yazıçılar Birliyinin üzvü Tahirə Bərraq X.Natəvanın qəzəlinə yazdığı nəzirəni oxuyub. Eyni zamanda Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı, həmçinin gənc şairlər öz qəzəlləri ilə tədbirə rəng qatıblar.

Mission News Theme by Compete Themes.