Son yeniləmə: 29 İyul 2022 16:36
Bayraqdar.info – Türkiyədə, Eskişehirdə fəaliyyət gösətərən Anadolu Universitetində daha bir yenilik olub. Belə ki, Sağlıq elmləri fakültəsinin nəzdində Qidalanma və Pəhriz bölümü yaradılıb.
Universitetdən verilən məlumata əsasən, yeni bölüm 2022-2023-cü tədris ilində tələbələri gözləyir .
Ali Təhsil Müəssisələri İmtahanlarının (YKS) nəticələrinin elan edilməsi və ixtisas seçiminin ardınca bu il ilk dəfə tələbə qəbulu həyata keçirəcək bölmənin kvotası 40 nəfər olacaq. Təhsil müddəti 4 il, təhsil dili türkcə olacaq.
Tələbələr həm nəzəri, həm də praktiki kurslar keçəcəklər. Təlimi uğurla başa vuran tələbələr “dietoloq” adı ilə “bakalavr” dərəcəsi ala biləcəklər. Tədris prosesinin 3-cü kursunun sonunda tələbələr yay semestrində peşə təcrübəsi keçəcəklər. Tələbələr təhsilin son ilində seminarlar və layihə hazırlığı kursları ilə yanaşı müxtəlif sahələrdə sahə tətbiqetmələrində iştirak edərək məzun ola biləcəklər.