Press "Enter" to skip to content

205 ədəd subartezian quyusundan istifadə olunur

Son yeniləmə: 29 İyul 2022 12:52

Bayraqdar.info – “Qazaxda əkin sahələrinin suvarılması davam edir”.

Bu barədə bayraqdar.info-ya iyulun 29-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki,Qazax Suvarma Sistemləri İdarəsi rayonun kənd təsərrüfatı bitkiləri əkilmiş 18 min 911 hektar torpaq sahələrinin suvarılmasına xidmət edir: “Bu sahələrin suvarılması üçün beş mənbədən Ağstafaçay, Coğaz çay, İncə su çay, Kür, Xram çayı və su anbarlarından su götürülür. Suvarılan sahələrin 7 min 103 hektarı mexaniki üsulla, yəni nasos stansiyaları vasitəsi ilə,11 min 808 hektarı isə açıq kanallar vasitəsi ilə öz axımı ilə suvarılır”.

Məlumat verilib ki, İdarə tərəfindən əkin sahələrinin suvarılması prosesini daha intensiv və səmərəli aparmaq üçün mütəmadi olaraq suvarma kanallarında lildən təmizlənmə işləri davam etdirilir: “Hazırda texnikaların köməyi ilə uzunluğu 8 km olan Yuxarı Salahlı Nasos arxında bu işlər davam etdirilir. Qazax Suvarma Sistemləri İdarəsinin balansında 21 ədəd nasos stansiyası var. Hazırda həmin nasos stansiyalardan 19 ədədi işlək vəziyyətdədir və fəaliyyət göstərir. Bundan başqa idarənin balansında olan 205 ədəd subartezian quyusundan da istifadə olunur. Subartezian quyuları vasitəsi ilə 587 ha həyətyanı və pay torpaq sahələri suvarılır, eyni zamanda məişət suyu kimi də istifadə edilir”.

D.Şərifov deyib ki, hazırda mövsümə uyğun olaraq arx və kanallarda, hidrotexniki qurğularda

Mission News Theme by Compete Themes.