Press "Enter" to skip to content

Xəbərdarlıq işə yaradı

Kristian Şmidt

Son yeniləmə: 28 İyul 2022 14:25

Bayraqdar.info – Ali Nümayəndə Kristian Şmidt Bosniya və Herseqovinada azad və ədalətli seçki kampaniyalarını təmin etmək üçün seçki qanununda texniki dəyişiklikləri ehtiva edən “şəffaflıq paketi” təqdim etdiyini açıqlayıb.

Bu barədə Balkan News məlumat yayıb.

Məlumatda deyilir ki, K.Şmidtin Bosniya və Herseqovinada günlərlə yeni seçki qanunu “qoyacağı” iddiaları iyukun 27-də keçirilən mətbuat konfransı ilə aydınlığıa qovuşub.

O, paytaxt Sarayevoda yerləşən Ali Nümayəndəlikdə (OHR) keçirdiyi mətbuat konfransında çoxdan gözlənilən açıqlamanı verib.

Xatırladaq ki, seçki ilə bağlı məsələ ilə bağlı bir neçə gündür ki, ölkədə etiraz aksiyaları keçirilirdi. Öz mövbəsində Bosniya və Herseqovinada Demokratik Fəaliyyət Partiyasının (SDA) sədri Bakir İzetbegoviç bir neçə gün öncə Ali Nümayəndə Kristian Şmidtə xəbərdarlıq etmişdi.

Məlumata əsasən B.İzetbegoviç xəbərdarlığında bildirib ki, K.Şmidt əsasən xorvatların yaşadığı regionların təmsilçiliyini artıracaq seçki qanunu düzəlişindən imtina etməlidir.

K.Şmidtlə telefon danışığı zamanı o, “Bu Bosniya və Herseqovina Federasiyasına zərər verəcək siyasi minalanmış sahədir. Mən onlara dedim ki, bizim daha öncə etmədiklərimizi etdirməyə təzyiq göstərməyin”, ifadələrini işlətmişdi.

Mission News Theme by Compete Themes.