Press "Enter" to skip to content

Ruzanna Məmmədova finalda

Qızlardan ibarət Azərbaycan millisi

Son yeniləmə: 28 İyul 2022 10:55

Bayraqdar.info – İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir. Üçüncü yarış günündə qızlardan ibarət Azərbaycan millisinin 4 üzvü mübarizəyə qoşulub.

Azərbaycan Güləş Federasiyasından verilən məluamta görə, Elvina Kərimzadə (43 kq) ilk mərhələdə amerikalı Erika Pastorizaya məğlub olub: “Ancaq rəqib finaladək irəlilədiyi üçün Kərimzadə təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Elvina polşalı Dominika Konkellə qarşılaşacaq”.

Qeyd edilib ki, Ruzanna Məmmədova (49 kq) əvvəlcə rumıniyalı Ana Mariya Rotaruya “tuşe” ilə qalib gəlib: “Avropa çempionumuz 1/8 finalda bolqar Viktoriya Boynovadan güclü olub – 7:1. Məmmədova növbəti mərhələdə türkiyəli Şevval Çayırı minimal fərqlə (3:2) üstələyib. Ruzanna yarımfinalda qazaxıstanlı Aymgül Abilovaya heç bir şans tanımayıb – 10:0. Beləliklə, həmyerlimiz ardıcıl ikinci dəfə U-17 dünya çempionatının finalına yüksəlib. Məmmədova həlledici görüşdə yaponiyalı Mihoko Takeuçiylə üz-üzə gələcək”.

Günay Qurbanova (57 kq) təsnifat mərhələsində macarıstanlı Gerda Terekə 2:5 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Qurbanova təsəlliverici görüşdə hindistanlı Liza Tomarla qarşılaşacaq.
Fatimə İsayeva (65 kq) debütdə türkiyəli Duyğu genə uduzub – 1:3.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları iyulun 28-də keçiriləcək.

Mission News Theme by Compete Themes.