Press "Enter" to skip to content

KKTC-dən olan gənclər üçün YTB təqaüdlərinin say artırılacaq

Nazim Çavuşoğlu və Abdullah Eren

Son yeniləmə: 28 İyul 2022 15:37

Bayraqdar.info – Anakara səfərdə olan KKTC-nin milli təhsil naziri Nazım Çavuşoğlu rəhbərlik etdiyi nümayəndə heyəti ilə YTB-ni də ziyarət edib. Ziyarət zamanı qurumun rəhbəri Abdullah Erenlə görüş olub.

Məlumata əsasən, görüş zamanı YTB tərəfindən KKTC-dən olan gənclərə verilən təqaüdlərin sayının artırılması, magistratura və doktorantura proqramlarına təqaüdlərin verilməsi ilə bağlı məsələlər müzakirə edilib, GCE A Level təqaüdlərinin sayının artırılması ilə bağlı konsensus əldə edilib. Mövcud protokolun yenilənməsi ilə magistratura və doktorantura proqramlarına da təqaüd verilməsi nəzərdə tutulur.

Nazir N.Çavuşoğlu YTB-nin Kıbrıs türk gəncliyinə verdiyi töhfələrin çox dəyərli olduğunu vurğulayaraq, verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Mission News Theme by Compete Themes.