Press "Enter" to skip to content

Hasan Topaloğlu: FETÖ-nün Bosniyada ictimaiyyətə daha da nüfuz etməsinin qarşısını aldıq

Hasan Topaloğlu

Son yeniləmə: 28 İyul 2022 12:44

Bayraqdar.info – Sarayevo Təhsilin İnkişafı Fondunun (SEDEF) sədri Hasan Topaloğlu maraqlı açıqlama verib. Belə ki, o, vəqf və qurumların əvvəldən FETÖ terror təşkilatının hədəfində olduğunu və SEDEF vəqfinin fəaliyyətlərinin FETÖ-nün Bosniya və Herseqovina xalqına daha da nüfuz etməsinə mane olduğunu bildirib.

Balkan News xəbər verir ki, Beynəlxalq Sarayevo Universitetinin (İUS) mərhum Aliyə İzetbegoviçin istəyi ilə türk sahibkarlar tərəfindən qurulduğunu vurğulayan H.Topaloğlu, FETÖ-nün 1996-cı ildən bu ölkədə ibtidai və liseylər açaraq fəaliyyət göstərdiyini və İUS-un yaradılmasının bu terror təşkilatını narahat etdiyini bildirib.

CNN Türk-ə danışan H.Topaloğlu, bu təlaş nəticəsində FETÖ-nün IUS torpaqlarının düz yanında yer aldığını, 2008-ci ildə burada ibtidai məktəb, lisey və universitet qurduğunu bildirib. O, FETÖ-nün IUS-a qarşı qarayaxma kampaniyaları apardığını vurğulayıb.

Mission News Theme by Compete Themes.